İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın İstanbuldakı Baş konsulluğundan xəbər verilib.
Bildirilib ki, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıb: “Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
***
Saat: 11:46
Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sarıyer qəsəbəsində, “Timboo” adlı kafedə baş verib. Naməlum səbəbdən yaranan silahlı insidentdə 6 nəfər yaralanıb. Onlardan 1-i Türkiyə, 4-ü Azərbaycan və 1-i İran vətəndaşı olub. Yaralılardan birininin vəziyyətinin ağır olduğu bildirilir. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.