Tiktoker "İsican" həbs edildi
23 oktyabr 2026 17:40 (UTC +04:00)

Tiktoker "İsican" həbs edildi

0

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Lent.az "Unikal"a istinadla xəbər verir ki, TikTokda "İsican" adıyla yayımlar açan 25 yaşlı Quliyev İsa Niyazəli oğlu "TikTok" da canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Cəlilabad rayon məhkəməsinə göndərilib. 

Cəlilabad rayon Məhkəməsinin yekun qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar