Azərbaycanlı qızları Antalyada fahişəliyə məcbur edən qadın HƏBS EDİLDİ
30 mart 2022 16:24 (UTC +04:00)

Azərbaycanlı qızları Antalyada fahişəliyə məcbur edən qadın HƏBS EDİLDİ

Azərbaycanlı qızları Türkiyədə cinsi istismara məruz qoyan qadına hökm oxunub.
Lent.az- ın məlumatına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, Həsənova Ülviyyə Surxay qızı saxlanılıb. Onun Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1 (insane alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə),144-1.2.2 (təkrar törədildikdə), 144-1.2.4-1 (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə ) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib. Həsənova Ülviyyə Surxay qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 8 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7284
avatar

Mehman Nəbiyev

Oxşar yazılar