Azərbaycana külli miqdarda narkotik keçirilməsinə imkan verilmədi
01 iyun 2021 10:06 (UTC +04:00)

Azərbaycana külli miqdarda narkotik keçirilməsinə imkan verilmədi

Son günlər Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticə­sində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, may ayının 22-də xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzüli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran­dan Azərbaycan ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozmasını sərhəd naryadı  müşahidə edib Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­su ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin İran vətəndaşı, 43 yaşlı Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş “marixuana” və 14 qram 283 ədəd maye şəklində “mydrax”) aşkar olunaraq götürülüb.

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdiyi bir­gə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahə­sin­də 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram “marixuana”, 1710 qram “heroin” və 1620 qram “metamfetamin”) aşkarlanaraq götürülüb.

Növbəti gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram “heroin”, 577 qram “metamfetamin”, 3054 qram qurudulmuş “marixuana”) götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar