Astarada 77 yaşlı qadını pula görə öldürən  dəstə tutuldu - YENİLƏNİB
11 noyabr 2023 13:18 (UTC +04:00)

Astarada 77 yaşlı qadını pula görə öldürən dəstə tutuldu - YENİLƏNİB

Noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 77 yaşlı Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 37 yaşlı Vüsal Əskərov, 40 yaşlı Elmir Məmmədov və 40 yaşlı Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Suleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

***
Saat: 11:45

Astarada qətl hadisəsi törədənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 40 yaşlı Məmmədov Elmir Ətrafil oğlu, 37 yaşlı, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 40 yaşlı, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Araşdırma aparılır.

***
10.11.2023

Saat: 17:46

Astarada qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 77 yaşlı Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

# 7455
avatar

Oxşar yazılar