Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu  imiş - YENİLƏNİB
08 oktyabr 2026 11:32 (UTC +04:00)

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş - YENİLƏNİB

0

Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov imiş. Yayılan məlumatlara əsasən, Vüqar Qurbanov vəzifəsindən azad olunandan sonra Orxan Qurbanov özü işdən çıxarılmasın deyə qohumluğunu gizlətməkdən ötrü soyadını dəyişərək, Ənvərli edib. Lakin buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.

***
10:50

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-a daxil olan ilkin məlumata görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1314

Oxşar yazılar