14 yaşlı oğlan siqaret üstündə  öldürüldü
03 avqust 2024 14:01 (UTC +04:00)

14 yaşlı oğlan siqaret üstündə öldürüldü

Türkiyədə yeniyetmə siqaret üstündə öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Esenyurt məhəlləsində baş verib. 14 yaşlı Yiğit Hamza Yüksel ilə 15 yaşlı dostu E.A. yaşadıqları ərazidə vaxt keçirərkən siqaret çəkmək istəyiblər. Belə ki, E.A. dostundan siqaret istəyib. Lakin dostu onu rədd edib və aralarında dava düşüb.

Tərəflər bir-birinin boğazından yapışaraq, uzun müddət buraxmayıblar. Nəticədə Hamza Yüksel boğularaq ölüb. Daha sonra E.A. Yükselin atasının yanına gedərək oğlunu boğdum deyib.

Hadisə yerinə gələn polislər E.A.-nı saxlayıblar. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar