Rusiyanı Moskva vilayətində 10 yaşlı qız 13 yaşlı bacısını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Podolsk şəhərində baş verib. Valideynləri evdə olmadığı üçün 13 yaşlı qız balaca bacısından qabları yumağı tələb edib. Bundan hiddətlənən kiçik qız stolun üstündən bıçağı götürərək, bacısını vurub.
Bundan sonra o, təcili yardım çağırıb. Lakin gələn həkimlər çoxlu qan itirən yaralını xilas edə bilməyiblər.