Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada öldü
11 oktyabr 2026 20:42 (UTC +04:00)

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada öldü

0

Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün magistralın 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Yusif oğlu Cəfərovu vurub.

Ağır xəsarətlər alan piyada politravma və travmatik şok vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar