Regionlarda 2015-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin səpini davam edir. Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Quba və Samux Ərazi Kənd Təsərrüfatı İdarələrinin əhatə etdikləri rayonlarda payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə edildiyindən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini İmran Cümşüdov və Dövlət Toxum Müfəttişliyinin rəis əvəzi Möhtəsim Əhmədov bu gündən başlayaraq noyabrın 16-a qədər həmin rayonlara ezam olunub.
Xatırladaq ki, Azərbaycanda payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilən aqrotexniki qaydalara uyğun olaraq optimal müddətlərdə başa çatdırılması üçün Nazirlik tərəfindən yerli idarəetmə orqanları ilə birlikdə müvafiq tədbirlər görülür.