Azərbaycanda ev tikintisinin qiyməti artır
08 fevral 2013 16:15 (UTC +04:00)

Azərbaycanda ev tikintisinin qiyməti artır

Dövlət Statistika Komitəsi 2012-ci ilin IV rübündə tikinti işlərində qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.

 

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçən ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,9 faiz artıb.

 

Rüb ərzində yerüstü tikililər bölməsində 1,1 faiz, yol və körpü tikintisində 0,3 faiz bahalaşma müşahidə edilib. Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,9 faiz, yaşayış evlərinin tikintisi 0,7 faiz, istehsal təyinatlı obyektlərin tikintisi 3,5 faiz, yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi 1,0 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə isə qiymətlər 0,6 faiz artıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər müvafiq olaraq 0,3 və 1,0 faiz bahalaşıb. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 3,5 faiz bahalaşma müşahidə edilib. 
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,7 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2029
avatar

Oxşar yazılar