Azərbaycan yollarında yükdaşıma normaları təsdiqləndi – <span style="color:red;">44 TON
17 mart 2014 10:43 (UTC +04:00)

Azərbaycan yollarında yükdaşıma normaları təsdiqləndi – 44 TON

İritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərar qəbul edilib. Lent.az-ın məlumatına görə, Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklər edilərək  respublikadaxili yükdaşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədləri müəyyən edib. İkioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək (pnevmatik avadanlıqla təchiz olunmuş avtonəqliyyat vasitəsi ilə 27 tonadək), dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilir.

 

Nəqliyyat Nazirliyi hesab edir ki, bəzən isə iri tonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolların yararsız hala düşməsinə gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346
avatar

Oxşar yazılar