Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.
Lent.az xəbər verir ki, bu barədə "azerbaijan724" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, qiymət artımı çox olmayacaq.
"Əldə etdiyimiz məlumata görə, yaxın zamanlarda Aİ 92 və dizel yanacağının qiymətinin artacağı gözlənilir.
Qiymət artımının cüzi olacağı bildirilsə də, mənbə hökumətin bu qərarın neqtiv yükünü qəbul etdiyini, ancaq zəruri olduğunu düşündüyünü bildirir. Belə ki, Aİ 92 və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir.
Qənaət ondan ibarətdir ki, bu qərar vətəndaşların Aİ 92 və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq" - məlumatda qeyd edilib.