Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır, bu variant müzakirə olunur.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC baş katibi Məhəmməd Barkindo bildirib.
M. Barkindo bütün variantların müzakirə olunduğunu qeyd edib.
Qeyd edək ki, bundan öncə KİV-lər açıqlanmayan mənbələrə istinadən M. Barkindonun Bakıya səfəri zamanı Azərbaycanın OPEC-ə üzvlüyü ideyasının müzakirə olunduğu barədə məlumat yayıblar.