Sahibkarlarla növbəti görüş Kürdəmirdə olacaq
17 iyul 2023 16:01 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Kürdəmirdə olacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 19-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Arzu Qurbanlı

Oxşar yazılar