Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı" bu dəfə sahibkarların ixtiyarında olub.
Socar "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurumu Qazın balansı və hesabatı şöbəsinin rəis müavini çıxış edərək sahibkarları dinləməyə hazır olduqlarını bildirib. Aksiyaya qatılan 20-dən çox sahibkardan yalnız 2 nəfəri problemini ünvanlayıb ki, onlar da dövlət yoxlamasına aparılan qaz sayğacının yenidən bərpasını xahiş edib.
Qalan digər sahibkarların istəyi isə istixanalarda quraşdırılan qeyri-standart qaz cihazlarının istifadəsinə icazənin verilməsi olub. Salyan RQİİ-nin və Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yekun qərarın aparılacaq araşdırmalardan sonra veriləcəyini bildiriblər.