SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə İsmayıllı rayonunun Qoşakənd sakinlərinin ixtiyarında olub.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Səyyar qəbul otağı”na qatılan 15-ə yaxın sakindən 12-si mikrofon önünə keçib. Aksiya iştirakçıları qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması və küçə qaz xəttinin çəkilməsi kimi məsələlərlə bağlı müraciətlərini ünvanlayıblar.
Səsləndirilən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydiyyata alınıb.