® Lider mobil operator ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!
05 oktyabr 2022 10:51 (UTC +04:00)

®Lider mobil operator ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!

"Azercell" şirkəti özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinin vacib hissəsi olaraq 5G şəbəkəsinin istifadəyə verilməsi məqsədilə 29 sentyabr 2022-ci il tarixində daxili sınaq prosesini uğurla başa çatdırıb.  

Simsiz rabitə texnologiyasının beşinci nəsli abunəçilər, müəssisələr, qurğu və maşınlar arasında bağlantını genişləndirməyə imkan verən tam yeni səviyyəli şəbəkəni dəstəkləyir. Simsiz 5G texnologiyası daha yüksək Gb/s-li yükləmə sürəti, ultra-aşağı səviyyədə gözləmə, daha yüksək davamlılıq, geniş şəbəkə tutumunu və daha mütərəqqi istifadəçi təcrübəsini təmin edir.   

5G şəbəkəsinin quraşdırılması Əşyaların İnterneti (IoT) texnologiyasının potensialını yüksəldərək daha az gözləmə müddətli daha yüksək bağlantıya şərait yaradacaq. 5G xidmətinin tətbiqi və genişləndirilməsi müəssisələr üçün texnoloji həll istiqamətlərini əsaslı şəkildə yüksəldəcək və ucdan-uca istifadəçi təcrübəsi üçün yeni üfüqlər açacaqdır.   

Digər texniki hazırlıqlar da tamamlandıqdan sonra "Azercell" şirkəti 5G xidmətlərinin göstərilməsinə razılıq alınması üçün müvafiq qurumlara müraciət etməyi planlaşdırır.

# 819
avatar

Oxşar yazılar

Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08
Veteranların müraciətinə "Azəriqaz"dan  REAKSİYA

Veteranların müraciətinə "Azəriqaz"dan REAKSİYA

6 dekabr 2022 , 11:30
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu  keçirib

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu keçirib

5 dekabr 2022 , 16:31
Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57