Həftənin sonuncu “Açıq mikrofon” aksiyası bu kənddə keçirildi
14 iyul 2023 16:59 (UTC +04:00)

Həftənin sonuncu “Açıq mikrofon” aksiyası bu kənddə keçirildi

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb. Bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib. Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Arzu Qurbanlı

Oxşar yazılar