"Bolt" gediş haqqını 2 dəfə çıxır? - RƏSMİ AÇIQLAMA
15 noyabr 2024 12:11 (UTC +04:00)

"Bolt" gediş haqqını 2 dəfə çıxır? - RƏSMİ AÇIQLAMA

Son günlərdə sərnişinlər tərəfindən “Bolt” taksi şirkəti ilə bağlı şikayətlər var. Belə ki eyni məsafə üçün hesablanmış gediş haqqı 2 dəfə çıxılır, sonradan isə pulun balansa qaytarılacağı bildirilir.

Məsələ ilə bağlı Bolt şirkətinin səfər sifarişi xidməti üzrə koordinatoru Toğrul Oruclu Lent.az-a açıqlama verib. 

Açıqlamada bildirilir ki, Bolt şirkəti tərəfindən təqdim olunan taksi xidmətindən istifadə etmək üçün nağd və bank kartı vasitəsilə olmaqla iki cür ödəniş üsulu mövcuddur: 

“Bank kartı ilə ödəniş seçildikdə, kartın etibarlılığını yoxlamaq və kartdan və məlumatlardan saxta istifadə hallarını minimuma endirmək məqsədilə kartın doğrulanması tələb oluna bilər. Bu halda, sifariş edilərkən səfər üzrə qeyd olunan məbləğ əvvəlcədən bank kartından silinə bilər. Bu proses bank hesabında məbləğin müvəqqəti rezervasiyası ilə nəticələnir. Əgər səfər uğurla başa çatarsa, məbləğ növbəti mərhələ olaraq şirkətin hesabına köçürülür. Lakin, səfər ləğv edilərsə - sürücü və ya sərnişin tərəfindən - məbləğ müştəriyə rezervasiyadan geri qaytarılır. Əgər müştəriyə geri qaytarılmasında problem yaranarsa, daha dəqiq desək, qanuna əsasən göstərilən 14 gün ərzində hesaba köçürülməzsə, müştəriyə banka müraciət etmək tövsiyyə olunur”.

“Ümumi olaraq qeyd edək ki, Bolt şirkəti tərəfindən qiymət prosedurlarında heç bir dəyişiklik baş verməyib və bir səfər üzrə gediş haqqının iki dəfə çıxılması mümkün deyil”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Ləman Sərraf

Oxşar yazılar