“Bir ekosistemi” ötən ili yeniliklər və yüksək performansla bitirdi
06 yanvar 2026 16:16 (UTC +04:00)

“Bir ekosistemi” ötən ili yeniliklər və yüksək performansla bitirdi

0

2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan “Bir ekosistemi” yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaratdı.

“Birbank”, “Birmarket”, m10 və “MilliÖn” kimi aparıcı brendlər və “Trendyol Azərbaycan”, “BakıKart” kimi birgə müəssisələrlə “Bir ekosistemi” müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim etdi.

İlin əvvəlindən etibarən həm müştərilər, həm də sahibkarlar üçün sürətli və təhlükəsiz ödəniş üsulu olan QR ödənişlərin əhatəsi “Birbank”la 20 000 nöqtədə aktivləşdirilərək 40 000-ə çatdırıldı. Bu isə maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına dəstək oldu.

İctimai nəqliyyatda istifadəçilərin həyatını rahatlaşdırmaq ötən ilin əsas hədəflərindən biri oldu. İlk olaraq “Birbank” tətbiqində “BakıKart” balansının artırılması ilə başlayan layihənin davamında “Birbank”ın tətbiq etdiyi texnoloji dəstək sayəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında və “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyasını tətbiq etmək mümkün oldu. Üstəlik bu texnologiya yalnız “Kapital Bank” müştərilərini deyil, bütün bank sektorunu əhatə etdi.

m10-a gətirilən ƏDV geri al imkanı da müştərilərin rəğbətini qazandı. “Birbank Yığım” hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırıldı. İstifadəçilər üçün gündəlik gəlir gətirməyi hədəfləyən məhsul, hesablanan faizə də faiz qazandırmaqla ötən ilin starlarından biri oldu.
Rəqəmsal yeniliklərdə sərhəd tanımayan “Bir ekosistemi” müştərilərinə investisiya dünyasının da qapılarını açmağı bacardı. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan “Birbank” ailəsinə tamamilə yeni mobil tətbiq – “Birbank Invest” qoşuldu. Bununla da dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, sürətli və təhlükəsiz oldu.

Müştərilərin alış-veriş vərdişini dəyişmək, onlayn ticarəti daha sürətli, rahat və əlçatan etmək də ötən ilin uğurlu layihələrindən biri idi. “Trendyol” onlayn alış-veriş platformasında aktivləşdirilən “İndi al, sonra ödə” ödəniş üsulu “Birbank” mobil tətbiqində istifadəyə verildi. Alış-verişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilmək imkanı müştərilər üçün əsl fürsət yaratdı.

Partnyor şəbəkəsi genişlənərək 4000-ə çatdı. Bu isə müştərilərə minlərlə satış nöqtəsində bonus qazanmaq və xərcləmək imkanı yaratdı. m10-la uzaqdakı yaxınlara pul göndərmək isə bir neçə klik qədər asanlaşdı. İlin sonunda təqdim edilən m10 tətbiqdaxili rəqəmsal kartı isə vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırdı və istifadəçilərə dünyanın hər yerində rahat ödəniş imkanı tanıdı.

Həmçinin, “Bir ekosistem”lə ölkədə inklüzivlik sahəsində tarixi yeniliyə imza atıldı. Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti” “Birbank” mobil tətbiqində istifadəyə verildi.

2025-ci ilin uğurlarından ilham alaraq, “Bir ekosistemi” 2026-cı ildə daha da genişlənməyi və yeni maliyyə innovasiyaları təqdim etməyi hədəfləyir. Əsas məqsəd müştərilərə daha da rahat, sürətli və təhlükəsiz xidmətlər təklif etmək, ölkənin maliyyə sektoruna daha çox yeniliklər gətirməkdir.

“Bir ekosistem” ölkənin aparıcı brendləri olan “Birbank”, “Birmarket”, m10 və “MilliÖn” brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem “Trendyol Azərbaycan” və “BakıKart” kimi birgə müəssisələrlə əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar.

Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – “Vahid giriş”, “Vahid bonus”, “Vahid ödəniş” və “Vahid kredit” platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar