Bazarda pomidor niyə bahadır? – Sədrdən AÇIQLAMA
22 iyul 2024 18:15 (UTC +04:00)

Bazarda pomidor niyə bahadır? – Sədrdən AÇIQLAMA

Son günlər Bakıda pomidorun qiymətində artım müşahidə edilir.

"Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev Lent.az-a açıqlamasında bunun səbəblərindən danışıb.

O, pomidorun qiymətindəki artımı bu il məhsulun az əkilməsi ilə əlaqələndirib:

“Hazırda "Meyvəli" bazarında açıq sahədən yığılan pomidorun 1 kiloqramının qiyməti 1 manatdır. Göyçayda artıq açıq sahələrdə pomidor yığılıb qurtarıb. İndi Bakıya pomidor Şəmkirdən gətirilir. Orda da məhsul az əkilib. Təqribən on gündən sonra Xaçmaz pomidoru bazara çıxarılanda yəqin ki, qiymətlər 50 qəpiyə enəcək. Artıq istixanalarda da pomidor mövsümü bitib. Adətən iyulun birinci həftəsində son istixana pomidorları dərilib bazara göndərilir. Bundan sonra isə müəyyən dövr üçün bazarda boşluq yaranır. Əgər dəstək olarsa, gələn il fermerlərimiz bu müddətdə də pomidor məhsulunu yetişdirmək üçün əkin edərlər. Çünki açıq sahədə fermerlərin rahat şəraiti olmalıdır ki, onlar məhsul əksinlər və gəlir əldə etsinlər. Keçən il fermerlər ziyan ediblər deyə, bu il də az məhsul əkiblər”.

B.Quliyev bu il Xaçmaz bölgəsində də pomidor əkininin aşağı səviyyədə olduğunu bildirib:

“Xaçmazda bir neçə il bundan öncə pomidor 5 qəpiyə düşmüşdü. Ona görə də fermerlər ziyan etdilər və əkini azaltdılar. Adətən pomidor əkinləri hər il bu cür dalğavari olur. Fermerlər bir il ziyan edib az məhsul əkirlər və məhsul az əkildiyinə görə növbəti il qiymətlər yüksək olur. Hazırda istixana pomidorları çox bahadır. Onlar bazarda çox azdır. Yayda istixanalarda az məhsul istehsal olunur. Bu, sırf bazarla bağlı olan və tələb-təkliflə prinsipi ilə tənzimlənən məsələdir. Hazırda tələb var, amma təklif azdır, yəni fermerlər az məhsul əkib”.

Əşrəf Mehdiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar