"Azəriqaz"da növbəti vətəndaş qəbulu keçiriləcək -  Sumqayıtda
14 iyul 2023 12:23 (UTC +04:00)

"Azəriqaz"da növbəti vətəndaş qəbulu keçiriləcək - Sumqayıtda

SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Arzu Qurbanlı

Oxşar yazılar