Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin şəbəkəsi üzrə hazırda təkmilləşdirmə işləri aparılır.
"Azercell"dən Lent.az-a bildirilib ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür: "Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək".
***
15:55
Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin şəbəkəsində günortadan sonra yaranan texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq.
Bu barədə “APA-Economics”ə şirkətdən bildirilib.
Yaranan problemlər səbəbindən bəzi abunəçilər səs xidmətlərindən istifadədə məhdudiyyətlərlə qarşılaşıblar.
"Hazırda texniki problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda nasazlıq tamamilə aradan qaldırılacaq", - şirkətdən bildirilib.