AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif
07 may 2024 09:44 (UTC +04:00)

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

Lent.az xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Bakıdan Dubaya aviabiletlərin qiyməti

Bir tərəfə:

  • Gecə reysləri – 88 avrodan
  • Səhər reysləri – 108 avrodan

Gediş-dönüş:

  • Gecə reysləri – 168 avrodan
  • Səhər reysləri – 208 avrodan

Dubaydan Bakıya aviabiletlərin qiyməti

Bir tərəfə:

  • Gecə reysləri – 348 dirhəmdən
  • Səhər reysləri – 428 dirhəmdən

Gediş-dönüş:

  • Gecə reysləri – 666 dirhəmdən
  • Səhər reysləri – 828 dirhəmdən

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

# 1842
avatar

Oxşar yazılar