Nazirlər Kabinetində koronavirusla bağlı son durum müzakirə olundu
27 iyun 2020 16:21 (UTC +04:00)

Nazirlər Kabinetində koronavirusla bağlı son durum müzakirə olundu


Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə “COVID”-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5728
avatar

Oxşar yazılar