DəmirBank-ın plastik kart sahibləri Metkarting Əyləncə və İdman Mərkəzində endirimlər əldə etdilər
11 iyul 2011 15:45 (UTC +04:00)

DəmirBank-ın plastik kart sahibləri Metkarting Əyləncə və İdman Mərkəzində endirimlər əldə etdilər

Kart sahibləri Metkarting-də olan bütün xidmətlər üzrə (kartinq, restoran-bar, mafia-club, diskoteka və s.) 5%-lik endirimdən yararlana bilərlər.

“DəmirBank ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 31 müxtəlif xidmət və ticarət-əyləncə şirkətləri DəmirBank-ın “Kart sahiblərinə endirimlər” layihəsinin üzvüdür. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır”, - deyə Bankın İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında “Kart sahiblərinə endirimlər” səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.

DəmirBank “5 manata kart” və “Pulsuz kart” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Hazırda DəmirBank VISA plastik kart sahibləri arasında uduş kampaniyası da keçirir. Şərtlərə əsasən DəmirBank-ın müştəriləri, VISA kartları ilə xaricdə hər-hansı əməliyyat edərkən, HP noutbuku və mininoutu qazana bilər.

Plastik kartı Bankın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn və ya Bankın istənilən filialında sifariş etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar