DəmirBank risklərin idarə edilməsi işini təkmilləşdirir
Bankdan Lent.az-a verilən məlumata görə, layihənin ilkin mərhələsində Bankda risklərin idarə edilməsi sahəsi diaqnostika edilib. Diaqnostikanın yekununda, İdarə Heyətinin və aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə təqdimat keçirilib.
“Layihə çərçivəsində Bazel II-yə uyğun olaraq Bankın risklərin idarə edilməsi siyasəti, qayda, prosedura, təlimat və metodologiyaları, eləcə də daxili siyasət və komitə əsasnamələri təkmilləşdiriləcək, səlahiyyət bölgüsünə dair strategiya hazırlanacaq və sair işlər həyata keçiriləcək. Bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə ediləcək”, - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
Bankda kredit risklərinin idarə edilməsi sahəsində istifadə olunan parametrlərin (PD, LGD, EAD) müəyyənləşdirilməsinə dair daxili yanaşma hazırlanacaq və tətbiq ediləcək. Əməliyyat risklərinin idarə edilməsi sahəsində Əsas Risk İndikatorları təkmilləşdiriləcək, həmçinin Risk və Nəzarət özünüqiymətləndirmə (RCSA) sistemi tətbiq olunacaq. Həmçinin Basel II prinsiplərinə uyğun olaraq Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesinə (ICAAP) dair daxili yanaşma hazırlanacaq və tətbiq olunacaq.
DəmirBank-da son illər ərzində risklərin idarə edilməsi üzrə müxtəlif siyasət, qayda, prosedura, təlimat və metodologiyalar hazırlanıb və tətbiq edilib. Bankda kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi üzrə müxtəlif təhlillər və qabaqcıl modellər tətbiq edilir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28