Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə saziş imzalanıb
Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri bu gün Türkiyənin Bodrum şəhərində görüşüblər. Görüşdə əsas müzakirə obyekti Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, görüşə ev sahibliyi edən Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində heç bir maneənin olmadığını bildirib. O, həmçinin layihənin icrasını sürətləndirməyin vacibliyini qeyd edib.
Görüşün sonunda tərəflər Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi barədə protokol imzalayıb. Sənədə Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Türkiyədən nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım və Gürcüstandan iqtisadiyyat naziri Laşa Jvaniya imza atıb.
Nazirlikdə bildirirlər ki, imzalanma mərasimi dəmiryolu layihəsinin tikintisinə nəzarət üzrə komitənin ilk iclasında baş tutub. Hər üç tərəf Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin iqtisadi, siyasi və strateji cəhətdən böyük məna kəsb etdiyini qeyd ediblər.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə tikinti işlərinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur. Elə həmin ildən bu nəqliyyat dəhlizinin istifadəyə veriləcəyi gözlənilir.
Elxan SALAHOV

1155