Dünya Bankı Bakının təmizlənməsinə 29,5 milyon dollar kredit ayırdı
5 il müddətinə həyata keçiriləcək layihə 5 müxtəlif komponentdən ibarətdir
Bu gün Bakıda “Məişət tullantılarının kompleks idarə edilməsi” layihəsi üzrə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında kredit sazişi imzalanıb. Sənədi Azərbaycan hökuməti adından iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dünya Bankı tərəfindən isə bu maliyyə qurumunun Azərbaycan üzrə meneceri Qreqori Yedrjeyçak imzalayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində reallaşdırılması nəzərdə tutulan “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsi çərçivəsində imzalanan kredit sazişinin ümumi dəyəri 41,5 milyon dollardır. Bu vəsaitinin 29,5 milyon dolları Dünya Bankının, qalan hissəsi Azərbaycan hökumətinin layihə üzrə payıdır.
Beş il müddətinə nəzərdə tutulmuş layihədə nəzərdə tutulmuş tədbirlər 5 komponent üzrə həyata keçiriləcək. Birinci komponentə institusional islahat, potensialın artırılması və layihənin idarə olunması daxildir. Həmin komponent əsasən, strateji planlaşdırmanın tamamlanmasına və “Təmiz Şəhər” ASC-nin qurulmasına, fəaliyyətinə və inkişafına dəstək veriləcək. Bu sahədə beynəlxalq təcrübəyə malik olan ən azı bir xarici mütəxəssis daimi olaraq “Təmiz Şəhər” ASC-də çalışacaq. Bundan başqa, müxtəlif spesifik məsələlər üzrə mütəxəssislərin cəlb edilməsi də nəzərdə tutulur.
Layihənin Balaxanı poliqonunun təkmilləşdirilməsi və idarə edilməsini nəzərdə tutan ikinci komponenti çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi üzrə ətraf mühitə göstərilən təsirə nəzarət edilməsi, mövcud poliqonun səmərəliliyinin artırılması və müasir standartlara uyğun avadanlıq və texnikanın alınması (körpü tərəziləri, buldozerlər və s.), tikinti işləri (hasarlama, tullantıların basdırılması, daxili yolların çəkilməsi və s.) maliyyələşdiriləcək. Balaxanı poliqonunun fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, onun gələcəkdə bağlanmasına hazırlıq işləri də görüləcək. Həmçinin yeni müasir poliqonların tikintisi üçün hazırlıq işləri də həyata keçiriləcək.
Layihənin digər poliqonların bağlanması və idarə edilməsi komponenti üzrə Bakı şəhəri ərazisindəki qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarə edilməsinin təkmilləşdirilməsi (və ya bağlanması) maliyyələşdiriləcək.
Tullantıların toplanması üçün avadanlıq komponenti çərçivəsində Bakı şəhərinin rayonlarında, o cümlədən hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətinin yüksəldilməsi tədbirləri həyata keçiriləcək. Ən çox tələb olunan yerlərdə bərk məişət tullantılarının toplanmasının miqyasını və xidmətin səmərəliliyini artırmaq üçün yük maşınlarının və zibil qablarının alınması maliyyələşdiriləcək.
Sonuncu, layihədən sonrakı investisiyaların texniki hazırlığı komponenti üzrə isə yeni tullantı poliqonlarının yaradılması üçün zəruri olan texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi, tullantıların toplanması sisteminin səmərəliliyi üçün yükboşaltma məntəqələrinin təşkili həyata keçiriləcək.
Elxan SALAHOV

1187