Türkiyə-Azərbaycan qaz danışıqları Ankarada davam etdiriləcək
Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısı ilə bağlı hər iki tərəfi qane edən qiymət həddi müzakirə olunur. «APA-ECONOMICS»in «CNN Türk» telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
T. Yıldız xatırladıb ki, Azərbaycanla Türkiyə arasında təbii qazın alqı-satqısına dair 2001-ci ildə imzalanmış müqavilənin icrasına 2007-ci ildən başlanılıb. Müqavilənin şərtlərinə görə, gələcəkdə dünya bazarının konyunkturasından asılı olaraq, qazın qiymətinin dəyişməsi mümkündür. Yəni, qaz ixracatçısının neftin və qazın qiymətindəki artımla əlaqədar qiymətdə dəyişiklik etmək hüququ var.
T. Yıldız bildirib ki, baş nazirin Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə mayın 13-də Azərbaycana gələn nümayəndə heyəti ikitərəfli və çoxtərəfli görüşlərdə qazın qiyməti ilə bağlı məsələni müzakirə edib. Nazir qeyd edib ki, qazın qiyməti ilə bağlı müzakirələr 2008-ci il aprelin 15-dən etibarən aparılır: «Ona görə də, qiymətlə bağlı yeni razılaşmaya ehtiyac var. Bu bizim müqaviləmizdən irəli gələn şərtlərdəndir».
Azərbaycanla 3 əsas məsələ barədə müzakirələrin aparıldığını deyən T.Yıldızın sözlərinə görə, bunlardan biri «Şahdəniz» layihəsinin birinci fazası çərçivəsində nəql olunan qazın qiymətinin dəyişdirilməsi ilə bağlı olub. Bu məsələ ilə bağlı əhəmiyyətli nəticələr əldə olunsa da, son nəticə hələ yoxdur. İkinci məsələ isə «Şahdəniz» layihəsinin II fazası ilə bağlıdır. Nazir deyib ki, bununla bağlı müəyyən irəliləyiş var və tərəflər məsələyə müsbət yanaşdıqlarını bildiriblər. Üçüncü məsələ isə tranzit şərtləri ilə bağlıdır ki, bu istiqamətdə də ortaq nəticə var.
Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiymətinin nə qədər artırılacağı barədə suala isə nazir belə cavab verib: «Biz konkret rəqəm söyləmədən bunun bazar qiymətlərinə uyğun olacağını deyə bilərik. Burada Rusiyanın qiymətlərini təməl amili olaraq müzakirə etmək istəmirik. Bunun uyğun bir qiymət olmasına çalışırıq və məsələ ilə bağlı müzakirələrdə hər iki tərəf müsbət məqamlar səsləndirib. Biz hər iki tərəfi qane edə biləcək qiymət söylədik və bunun ətrafında müzakirələr apardıq. Məncə, böyük bir problemlə qarşılaşmayacağıq. İndi ən azı daha bir görüşə ehtiyacımız var. Sonra əlavə görüşə ehtiyac olacağını isə indidən söyləyə bilmərəm».
Nazir bildirib ki, o, gələn həftə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi müzakirələr aparmaq üçün Ankaraya dəvət edib.
Qeyd edək ki, Türkiyə 2008-ci ildə Azərbaycandan 5 mlrd. kubmetr qaz alıb.

1053