Hirkan Milli Parkında 20 müxtəlif cinsli ağac kəsilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Astara rayon Vəznəş kənd sakini Ş.Dədəyev tərəfindən Hirkan Milli Parkında ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən Milli Parkın işçiləri və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı Hirkan Milli Parkının Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktları aşkar edilib.
Ağaclardan 3 ədədinin Astara rayon Vəznəş kənd sakini Ə.Abbasov tərəfindən kəsilməsi müəyyənləşdirilərək protokol tərtib edilib, qanun pozucusu inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Ümumilikdə, təbiətə dəymiş 731,56 manat məbləğində ziyanın 671,58 manatının ödənilməsi təmin olunub, qalan 59,98 manatın ödənilməsi üçün isə tədbirlər görülür.

Oxşar yazılar

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35