“QƏŞŞŞŞƏNG” kampaniyasında iştirakçıların sayı 15 minə çatdı
“Unibank” Kommersiya Bankı ASC-nin marketinq departamentindən Lent.az-a bildiriblər ki, “Mobitel” şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada noyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri “Nokia Supernova 7210” mobil telefonları qazanıblar. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə ötən ayın yekunlarına əsasən, bankın 4341 müştərisi “QƏŞŞŞŞƏNG” kampaniyasına qoşularaq lotereyada iştirak üçün şans qazanıb. Ümumiyyətlə sentyabr, oktyabr və noyabr aylarında “QƏŞŞŞŞƏNG” kampaniyasında 15 minə yaxın müştəri iştirak edib.
Xatırladaq ki, 300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. “Unibank” tərəfindən bu şansların sayı məhdudlaşmadığından həmin məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şanslar da artır. “QƏŞŞŞŞƏNG” kampaniyası çərçivəsində “Unibankla pul köçürün və ya alın, Mobitel zəmanətli Nokia Supernova telefonları qazanın!” tirajlı stimullaşdırıcı lotereyanın növbəti tirajı 2011-ci ilin yanvarın 14-də Bankın baş ofisində keçiriləcək.
Hazırda “Unibank” 8 pul köçürmələri sistemi - “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Contact” ilə işləyir. Son bir ildə bankın təcili pul köçürmə sistemləri üzrə əməliyyatların həcmi 139 faiz artıb.

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09