Mingəçevirdə sahibkarlara kredit verilib
Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Mingəçevirdə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Mingəçevir şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış edib. O, son illər regionların sürətlə inkişaf etdiyini, ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əhalinin məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələrdən danışıb. O qeyd edib ki, rəhbərlik etdiyi Fond 2010-cu ilin ötən dövründə 1336 sahibkara 100,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 5003 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 554 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09