“Azərpoçt”un maliyyə xidmətləri genişləndirildi
“Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi”nin tamamlanması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı ilə birgə təqdimat mərasimi keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, layihədə ilk növbədə “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaratmaq, kənd yerlərində və rayon mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirmək nəzərdə tutulurdu. Həmçinin layihə çərçivəsində 1200-dən çox poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif edilməsi hədəf götürülürdü.
Təqdimat mərasimində iştirak edən Mərkəzi Bankın sədri Elman Rüstəmov layihənin maliyyə xidmətlərinin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edib ki, ölkə başçısının layihəyə dəstək göstərməsi onun uğurla reallaşdırılmasına əsaslı siyasi zəmin yaradıb: “İcrası 5 illik dövrü əhatə etməklə layihə uğurla başa çatdırılıb. Layihənin əhəmiyyəti faktiki olaraq onun avtonom şəkildə deyil, eyni zamanda hökumətin, Mərkəzi Bankın regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılmasına yönəlmiş bir sıra institusional layihələrlə, o cümlədən bank olmayan kredit təşkilatlarının regionlara yönəlmiş fəaliyyətinin genişləndirilməsi və milli ödəniş sisteminin arxitekturasının tamamlanması layihələri ilə inteqrasiya olunmuş şəkildə realizasiyası ilə izah olunur”.
Elman Rüstəmov həmçinin “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi”nin kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının zəifliyi probleminin aradan qaldıracağına, regionlarda əlverişli biznes investisiya mühitinin yaradılmasına xidmət edəcəyini söyləyib. Onun sözlərinə görə, layihənin icrası nəticəsində “Azərpoçt”un geniş regional filial və şöbələrində əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı poçt hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi, ödəniş alətlərinin, o cümlədən debet kartlarının emissiya edilməsi, müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı, nağd pulun və digər qiymətlilərin inkassasiyası kimi maliyyə xidmətlərinin həyata keçirilməsi üçün imkan yaradılıb.
Elxan SALAHOV

658