Büdcə göstəriciləri 1 ay ərzində müvafiq qurumlara çatdırılacaq
Bu gün Maliyyə Nazirliyində 2011-ci il dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanunun təsdiqi, bu qanunun tətbiq edilməsi barədə ölkə başçısının fərmanı ilə nazirliyinin qarşısında duran vəzifələr müzakirə edilib.
Nazir Samir Şərifov kollegiyadakı çıxışında bu vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib. O qeyd edib ki, 2011-ci il dövlət büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət istiqamətdə fərqlənməklə bütün makroiqtisadi hədəflərin gücləndirilməsinə əhəmiyyətli dərəcədə baza yaradır. Samir Şərifov nazirliyin müvafiq şöbələrinin və strukturuna daxil olan digər qurumların görəcəkləri işlərin bölgüsünü özündə əks etdirən “Tədbirlər Planı”nın hazırlanmasının vacibliyini də söyləyib.
Müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin hazırlanmasına başlanması, ilk növbədə təsdiq olunmuş dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclərin bölgüsünün bir ay müddətində büdcə təşkilatlarına çatdırılması qərara alınıb.
Samir Şərifov bildirib ki, son illər dövlət büdcəsinin layihəsi ilə yanaşı, qarşıdakı 3 il üçün əsas büdcə parametrləri də tərtib olunub müvafiq icra hakimiyyəti və qanunvericilik orqanlarına təqdim olunurdu: “Artıq Maliyə Nazirliyinin həm potensialı, həm də maddi-texniki bazası imkan verir ki, növbəti büdcə ilinin layihəsi ilə yanaşı, sonrakı üç il üçün də büdcə təsnifatının bütün parametrləri səviyyəsində ölkənin ali maliyyə sənədi tam təkmil formada hazırlasın”.
Kollegiyada Maliyyə Nazirliyi Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin modernləşdirilməsi, respublikada sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin sığorta bazarında tətbiqi və Maliyyə Nazirliyi sistemində dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, dövlət qulluqçularının peşə hazırlığının daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44