Sərnişindaşıma tarifləri ucuzlaşıb
06 noyabr 2012 14:51 (UTC +04:00)

Sərnişindaşıma tarifləri ucuzlaşıb

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb.

Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 72,9 faiz, idxal üzrə 8,0 faiz, tranzit üzrə isə 2,7 faiz bahalaşıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri sabit qalmış, digər xarici ölkələrə isə 7,7 faiz ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 3,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,1 faiz və 7,7 faiz, boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 0,3 faiz ucuzlaşıb.

Telekommunikasiya sahəsində internet tarifləri 4,7 faiz ucuzlaşıb, mobil telefon rabitəsi üzrə isə 0,3 faiz bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485

Oxşar yazılar