Müğənni Vaqif Şıxəliyev komaya düşüb
29 noyabr 2026 21:44 (UTC +04:00)

Müğənni Vaqif Şıxəliyev komaya düşüb

1

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.

Lent.az müğənninin həyat yoldaşı ilə əlaqə saxlayıb.

Bildirilib ki, V. Şıxəliyevin ürəyinə yayda stend qoyulub.

“Ürəyində stend var idi, on gün idi ki, ağrıları var idi, müalicə alırdı. Amma müalicələr ona əks təsir edirdi, təzyiqi enirdi. Dünən yenə halı dəyişdi, oturduğumuz yerdə dedi ki, mənim halım pisdir. Bir anda ürəyi dayandı, kliniki ölüm keçirdi. Hal-hazırda Məlhəm hospitaldadır. Beyni oksigensiz qaldığı üçün müalicə davam edir. Tək ümidimiz Allaha qalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 194

Oxşar yazılar