Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.
Kənd sakini 33 yaşlı A. Qurbanova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, A. Qurbanovaya tanışı 28 yaşl P. Tağıyeva bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisə qadınlar arasında qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.