Zidandan  üzr istədi
09 yanvar 2023 16:11 (UTC +04:00)

Zidandan üzr istədi

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre baş məşqçi Zinəddin Zidanla telefonla belə danışmayacağını dediyi üçün ondan üzr istəyib.

Lent.az bildirir ki, bu barədə Fransa mətvuatı federasiyanın yaydığı press-relizə istinadən məlumat verib.

“Mən onun haqqında nə futbolçu, nə də məşqçi kimi düşüncələrimi əks etdirməyən bu fikirlərə görə üzr istəyirəm. Media iki fransız futbol əfsanəsi Didye Deşam və Zinəddin Zidanı bir-birinə qarşı qoymağımı istədi. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan bəzi yöndəmsiz fikirlər söylədim. Zinəddin Zidan ona nə qədər hörmət etdiyimi bilir”, - açıqlamada deyilir.

Qətərdə keçirilən dünya çempionatından əvvəl Zidanın Fransa yığmasının baş məşqçisi postunda Deşamı əvəzləyəcəyi güman edilirdi. Bununla belə, Deşam dünya çempionatı başa çatdıqdan sonra 2026-cı il dünya çempionatının sonuna qədər yeni müqavilə imzalayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569
avatar

Oxşar yazılar