Bu gün futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura iddialıların dueli ilə start verilib.
Turnir cədvəlinin ilk iki pilləsində yer “Marafon Futsal”la “Araz”ın dueli gərgin mübarizə şəraitində keçib. Hər hissədə bir qol vuran “Araz” “qış çempionluğu”nu təmin edib.
Növbəti oyunda isə əzəli rəqiblər üz-üzə gəlib. EKOL “Neftçi” qarşısında 4 cavabsız qola sevinib və turnir cədvəlində rəqibini qabaqlayıb.
Günün son oyununda isə “FK.İD.Futsal” birinci dövrədə xalları yarı böldüyü “Xəmsə” ilə üz-üzə gəlib. Bu dəfə birincilər 5:1 hesablı qələbə qazanıb.
Futzal üzrə Yüksək Liqa
XII tur
19 dekabr
“Marafon Futsal” – “Araz” – 0:2
Qollar: T. Thaqo, 3:15, 22:50
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
“Neftçi” İK – EKOL – 0:4
Qollar: Z. Fərziyev, 33:05, N. Məmmədkərimov, 34:06, S. Həmzəyev, 36:10, R. Əhmədov, 39:55
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
“FK.İD.Futsal” – “Xəmsə” – 5:1
Qollar: E. Quliyev, 3:11, A. Əzimov, 5:47, A. Ağayev 35:30, 35:49, F. Əliyev, 39:59 – S. Əmirov, 25:15
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aydın Gözəlov