Yığmamızın futbolçusuna görə karantin elan ediləcək
Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu dünən bir araya gəlib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisinin üzvləri tibbi müayinədən keçiblər.
“Aue”nin qış toplanışı İspaniyanın Mursiya şəhərində baş tutacaq. Toplanışdan öncə keçirilən tibbi baxışda Nazarovla bağlı problem üzə çıxıb. Belə ki, o və komandanın digər futbolçusu Klemens Fandriç qripə yoluxduqlarından, hazırda müalicə olunurlar.
“Aue”nin baş məşqçisi Hannes Dryus bildirib ki, Nazarov və Fandriç də İspaniyaya yollanan heyətdə yer alacaq. Lakin digər futbolçuların da qripə yoluxmaması üçün komandada karantin elan ediləcək.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən millimizin üzvüdü.
224