UEFA prezidenti vəzifəsinə namizədlər açıqlandı
23 iyul 2016 05:38 (UTC +04:00)

UEFA prezidenti vəzifəsinə namizədlər açıqlandı

UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb.

 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, son müddət kimi qoyulan iyulun 20-dək 3 namizəd qeydiyyatdan keçib.

 

Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) Avropa futbol qurumuna rəhbərlik uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, UEFA prezidenti seçkisi sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada təşkilatın növbədənkənar konqresi çərçivəsində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar