“Qalatasaray”ın sabiq qapıçısı Klaudio Taffarel yenidən “sarı-qırmızılar”a dönüb.
Lent.az-ın “qol.az”a istinadən xəbərinə görə, bu barədə brazliyalı veteran futbolçu şəxsi “instagram” hesabında paylaşım edib. O, yenidən Fatih Terimin köməkçisi olacaq.
Qeyd edək ki, 1998-2001-ci illərdə “cim-bom”un şərəfini qoruyan Taffarel İstanbul klubu ilə UEFA kubokunu və UEFA superkubokunu qazanıb. O, 2011-2016-cı illərdə “Qalatasaray”da məşqçi kimi fəaliyyət göstərib.