Taekvondoçularımızdan Dünya Oyunlarının ilk günündə 4 medal
04 dekabr 2017 20:05 (UTC +04:00)

Taekvondoçularımızdan Dünya Oyunlarının ilk günündə 4 medal

Portuqaliyanın Vila Real De San Antonio şəhərində keçirilən IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunlarında taekvondo idman növünün ilk yarış günü başa çatıb. Apasport.az saytının məlumatına görə, millimiz yarışın birinci günü uğurlu çıxış ediblər.

 

Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Belə ki, yığmanın kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kq çəki dərəcəsində K42 kateqoriyalı idmançıların mübarizəsində qızıl, K43-də isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (75 kq) və +75 çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.

 

Yarışın ikinci günündə Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (59 kq, K44) mübarizəyə qatılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar