ŞOK! “Kəpəz” və “Turan” Premyer Liqadan kənarlaşdırıldı
30 aprel 2013 18:43 (UTC +04:00)

ŞOK! “Kəpəz” və “Turan” Premyer Liqadan kənarlaşdırıldı

AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun sənədlərinə baxılıb.

 

Həmin klublardan 8-i Avropa kuboklarında, 8-i isə Premyer Liqada iştirak üçün müraciət edib. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və “Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmən imtina ediblər. Bununla əlaqədar Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və “Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

 

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra qərara alıb ki, idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, “Simurq” PFK-nın 2013-2014-cü il mövsümündə Avropa kuboklarında, "Rəvan" FK və "Sumqayıt" FK-ya isə 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakına icazə verilib. Əvəzində “Kəpəz” PFK, “Turan” PFK, "Qaradağ-Lökbatan" FK, "Ağsu" FK, “Neftçala” FK, “Lokomotiv” FK- nın 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak üçün müraciətləri təmin olunmayıb.

 

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

# 2852
avatar

Oxşar yazılar