Türkiyənin "Trabzonspor" klubu təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi komanda Macarıstandakı hazırlıq prosesi çərçivəsində Avstriyanın 4-cü liqa təmsilçisi "Gerasdorf"la qarşılaşıb.
Oyun 6:1 hesabı ilə “Trabzonspor”un xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Ramil Şeydayev sonadək mübarizə aparıb. Gənc hücumçu 87-ci dəqiqədə komandasının 6-cı qolunu vurub.