Sabiq prezident rüşvət aldığını etiraf etdi
30 iyul 2016 06:42 (UTC +04:00)

Sabiq prezident rüşvət aldığını etiraf etdi

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Qvatemala Futbol Federasiyasının sabiq prezidenti Brayan Himenes günahını etiraf edib.

 

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.

 

Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə  20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar