Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanovun yeni klubu bəlli olub. Apasport.az saytı xəbər verir ki, “Sumqayıt”dan ayrılan 30 yaşlı futbolçu karyerasını Gürcüstanda davam etdirəcək.
Belə ki, Ramaldanov bu ölkənin “Kolxeti” klubuna keçib. Məlumatı Gürcüstan təmsilçisinin rəsmi feysbuk səhifəsi də təsdiqləyib. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Ramaldanov "Kolxeti"nin düşərgəsinə də artıq qoşulub.
Qeyd edək ki, Rasim Ramaldanov “Sumqayıt”dan öncə “Xəzər Lənkəran” və “Simurq” klublarının da formasını geyinib.