l Avropa Oyunlarına qarşı kampaniyanın iflası qrantyeyeən şəbəkəyə gözəl dərs oldu.
Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul ediləndən indiyə qədər bəzi Qərb dairələri, ermənipərəst qüvvələr böyük narahatlıq keçirib, hər vəchlə beynəlxalq səviyyəli idman tədbirini gözdən salmağa, onun əhəmiyyətini azaltmağa çalışıırdılar. Ancaq bu məqsəd üçün səfərbər olunmuş media və QHT-lərin kampaniyaçılığı heç bir nəticə vermədi. Xatırladaq ki, ilk Avropa Oyunlarına sayılacaq saatlar qaldığı bir müddətdə mərkəzi ofisi Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www.ifex.org) aldığı sifarişə uyğun olaraq, Azərbaycan ünvanına şər-böhtan, qarayaxma kampaniyasını sosial şəbəkə üzərindən qurmağa çalışdı.
Beləki, İFEX iyunun 10-da dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçiriləmsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırmışdı. Hətta təklif etmişdi ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, I Avropa Oyunlarının açılış mərasiminin başladığı tarixdə, saat 20:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycan barədə yalnız neqativ informasiyalar yerləşdirməyə səsləmişdi. Qurumun bu yönləndirməsindən sonra dünyanın müxtəlif qütblərində yerləşən QHT-lərin əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşula biləcəyi ehtimalı yaranmışdı. Ona görə də Azərbaycan jurnalistləri öz həmkarlarına müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırdılar.
Bundan sonra İFEX-in I Avropa Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 hashtagında aparmaq istədiyi anti-Azərbaycan kampaniya iflasa uğradı. Azərbaycandakı jurnalistlər, aktiv sosial şəbəkə istifadəçiləri əsl vətəndaş mövqeyi ortaya qoyaraq, həmrəy şəkildə ölkəmizin reallıqlarını əks etdirən məlumatları həmin hashtagda yerləşdirdilər və fəaliyyətlərini bu günə kimi də davam etdirirlər. Bununla yanaşı, beynəlxalq ictimaiyyət, xüsusən idman aləmi də İFEX-in bu çağırışına məhəl qoymamaqla, sözügedən təşkilatın məkrli oyununda iştirakçı olmadı. I Avropa Oyunlarında iştirak edəcək 50 ölkə idmançıları isə ümumiyyətlə bu çağırışdan ya xəbər tutmadılar, yəqin ki, xəbər tutanlar da onu iqnor elədi.
Beləliklə də İFEX-in çağırışı elə çağırış olaraq da qaldı. Anti-Azərbaycan layihələrin həyata keçirilməsi üçün külli-miqdarda vəsait alıb onu mənimsəyənlərin İFEX vasitəsilə bu kampaniyanı şiddətləndirmək cəhdləri baş tutmadı. Bu mənada AFEX-in saytında təşkilatın adından yerləşdirilmiş aşağıdakı fikir “havalanmanın”, yaxud da son dərəcə məyusluğun sübutu kimi anlaşıla bilər: “Twitter”də #Baku2015 haştagının oğurlanması, Con Oliverin Oyunları şən tənqidi və U2-nin tamaşaçıları Azərbaycanın siyasi məhbuslarını dəstəkləməyə çağırdığı bir vaxtda heç bir atlet I Avropa Oyunlarından imtina etmədi”.
İnsanlar Avropa məkanında ilk dəfə keçiriləcək idman yarışlarını boykot etmək, onu siyasiləşdirmək üçün səbəb tapmadılar. Səbəb kimi göstərilən “arqumentləri” isə sadəcə qəbul etmədilər. İstər Avropada, istərsə də Azərbaycanda insanlar bu çirkin siyasi oyunun iştirakçısına çevrilməkdən boyun qaçırdılar. İstər açılış mərasiminə, istərsə də oyunların start verildiyi 12 iyun tarixindən bu günə qədər bütün yarışlar yüksək səviyyədə baş tutdu.
l Avropa Oyunlarına qarşı kampaniyanın iflası istər mediada, istərsə də sosial şəbəkədə adi bir kampaniyanı qurmağa səviyyəsi çatmayan qrantyeyeən şəbəkəyə gözəl dərs oldu.

Qrantyeyənlərin boğazında qalan “yeməklər“
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31